Mobil versiya
Bakının əsas avtomagistrallarında sürət həddi endirildi
Tarix: 17-10-2018 | Saat: 09:26
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakının əsas avtomagistrallarında sürət həddi endirildi


Hazırda Bakıda müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti - Hava Limanı - Bilgəh və Zığ şosesi - Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən aia.az-a verilən məlumata görə, bu addım yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə atılıb.

Qurum sürücülərdən nəqliyyat vasitələri ilə yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edir.

Eyni zamanda piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024