Mobil versiya
“Azərbaycan fantastik komandadır” – Baş məşqçi
Tarix: 15-10-2018 | Saat: 09:23
Bölmə:Karusel / İdman | çapa göndər

“Azərbaycan fantastik komandadır” – Baş məşqçi


"Komandam yaxşı performans göstərdi. Azərbaycan çox yaxşı komandadır. Biz səfərdə qol vurduq, qələbə qazandıq. Oyunçular hər şeyini verdi. Kosovo ilə oyundan fərqli çıxış etdik. Baxmayaraq ki, çətin oyundan gəlmişdik, komandanın çıxışından razı qaldım".

aia.az "Report"a istinadən xəbər verir ki, bunu Malta yığmasının baş məşqçisi Rey Farruciya Bakıda Azərbaycanla 1:1 hesablı heç-heçə etdikləri UEFA Millətlər Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Kosovoya məğlubiyyətdən sonra komanda çox tənqid olunurdu. Bu gün isə daha güclü rəqiblə oyundan xalla ayrıldınız...

- Həyat belədir. Mən təbii ki, insanlara qulaq asır, onlardan öyrənirəm. Hamının fikrini eşidirəm. İnsanların bizi tənqid etməyə haqqı var. Bundan daha da güclənirik. Bizim yaşı 21-dən aşağı olan bir neçə futbolçumuz var. Düzgün istiqamətdə irəliləyirik. Daha da güclü olmağımız üçün vaxta ehtiyac var.

- Bu gün gənc futbolçuların çıxışı sizi qane etdi?

- Bu, bizim işimizdir. Artıq fəlsəfəni dəyişməyin vaxtı çatıb. Cavanlar təcrübəlilərdən öyrənməlidir. Çox yaxşı oynadıq. Azərbaycan fantastik komandadır. Buna görə də nəticə çox ürəkaçan oldu.

- Matçdan əvvəl komandaya inandığınızı deyirdiniz. Bu, nədən qaynaqlanırdı?

- 12 illik təcrübəm var. Məni tanıyanlar bilir ki, heç vaxt təslim olmuram. Maltanın baş məşqçisi olmaq çox çətindir. İnkişafın ilkin cücərtiləri var. Zamanla bu, daha da yaxşı olacaq.

- Qrupda hər iki xalınızı Azərbaycandan almısınız. Bu rəqibinizin hansı zəif nöqtəsini tapmısınız?

- Hər oyunun öz hekayəsi var. Azərbaycana qarşı iki yaxşı oyun keçirdik. Amma qrupda ən yaxşı matçımız Farer adalarına qarşı oldu. Baxmayaraq ki, məğlub olmuşduq. Bu gün nəticədən çox komandanın oyunundan razı qaldım.

- Növbəti iki oyundan gözləntiləriniz nədir?

- İki oyunçumuz geri qayıdacaq. Kiçik adayıq və hər oyunçunun hazır olması lazımdır. Pozitivik və növbəti oyunları səbirsizliklə gözləyirik.

- 1 xalı antifutbolla qazandığınızı demək olarmı? Çünki futbolçularınız tez-tez yerdə qalır, vaxt uzadırdılar...

- Bu, futbolun bir hissəsidir. Mən komandamdan razıyam. Çox yaxşı oynadıq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024