Mobil versiya
Həbib mükafatını alacaq - UFC-nin prezidentindən AÇIQLAMA
Tarix: 09-10-2018 | Saat: 13:51
Bölmə:Karusel / İdman | çapa göndər

Həbib mükafatını alacaq - UFC-nin prezidentindən AÇIQLAMA


ABŞ-ın Nevada ştatının Atletika komissiyası Həbib Nurməhəmmədovla bağlı qərar verib.

aia.az Unikal.org-a istinadən xəbər verir ki, komissiya UFC 229 turnirində irlandiyalı idmançı Konor Makqreqor üzərində qələbə qazanan dağıstanlı döyüşçünün qazandığı mükafatı özündə saxlayır.

Bu barədə UFC-nin prezidenti Deyna Uayt məlumat verib: "Onlar pulu müsadirə ediblər və mükafatın Həbibə verilməməsini düşünürlər. O, bütün məbləği götürə bilməyəcək. Həbib çempionluq kəmərini saxlayacaq, ancaq diskvalifikasiya ediləcək. Çox güman ki, bu 4-6 ay müddətlik olacaq".

Qeyd edək ki, Konor Makqreqor üzərindəki qələbədən sonra Həbib Nurməhəmmədov iki milyon dollar və yayımın satışından hissə qazanmalı idi. O, döyüşdən sonra rəqibinin komandasına hücum edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024