Mobil versiya
Səbuhi Məmmədliyə qoyulan diaqnoz təsdiqlənmədi
Tarix: 07-09-2018 | Saat: 10:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

Səbuhi Məmmədliyə qoyulan diaqnoz təsdiqlənmədi


Ukraynada müalicə olunan tanınmış jurnalist Səbuhi Məmmədlidən təzə xəbər var. Modern.az-ın məlumatına görə, jurnalistin öncədən xəbər verildiyi kimi, qaraciyər xərçənginə tutulması diaqnozu təsdiqlənməyib. S.Məmmədli özü bu hada belə deyib:


“Mən Ukraynaya, Mirqorod şəhərinə həddən artıq yüksək olan şəkərin müalicəsi üçün gəlmişdim. İlkin müayinədən sonra qaraciyərimlə bağlı pis diaqnoz çıxdı. Dünən məlum oldu ki, ilkin şiş diaqnozu təsdiqlənməyib. Amma böyümə və bərkimə təhlükləli həddədir.
Elə həmin ərəfədə Mirqorodda şəkərlə bağlı növbəti terapiyanı keçərkən halım pisləşdi. İlkin yoxlamadan sonra məlum oldu ki, geniş infarkt keçirmişəm. Mən ürəyimin ağrımadığını, sinəmin göynəmədiyini dedim. Təcili yardım çağırıb Mirqorod xəstəxanasına gətirdilər. Dəfələrlə kardioqramma çıxardılar. Birini vilayət mərkəzinə Poltavaya göndərdilər. Ordan dərhal cavab gəldi. “Təcili bura çatdırın”.
...iki saatdan sonra mənim ürəyimə stend qoyurdular...
İndi 3-cü gündür ki, arxası üstə tərpənmədən yatıram…
...Qərib yerdə aqir xəstə olmaq çox pisdir. Çox darıxdırıcı və ağrılıdır”.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024