Mobil versiya
“Bu, uşaq bağçalarının hüquqlarını pozmağa xidmət edir”
Tarix: 06-09-2018 | Saat: 14:39
Bölmə:Karusel / Ölkə | çapa göndər

“Bu, uşaq bağçalarının hüquqlarını pozmağa xidmət edir”



““Təhsil haqqında” qanununda uşaq bağçaları təhsil sisteminin ilk pilləsi kimi təsbit olunub. Son dəyişikliyə görə məktəbəqədər təhsil 1 yaşından götürülür. Bu dəyişikliyin kifayət qədər ciddi əsasları var. Uşaq dil açmağa 1 yaşından başladığı üçün ona həm psixoloji, həm də pedaqoji baxımdan pəşəkar yanaşmağa ciddi ehtiyac duyulur”.



Bunu Modern.az saytına açıqlamasında “Buta” uşaq bağçasının müdiri Günay Ağamalı bildirib.



O bildirib ki, uşaqların hərtərəfli və intellektual inkişafının təməli məhz körpələr evi - uşaq bağçalarında qoyulur.



“Uşaqların cəmiyyətə düzgün inteqrasiyası, ünsiyyət mədəniyyəti, ətraf aləmi dərk etmək və bundan doğan sualların düzgün cavabını almaq baxımından körpələr evi-uşaq bağçasının analoqu yoxdur.



Uşaq bağçasının üzərinə düşən sonuncu missiya körpələrimizi məktəbə hazırlamaqdır. Təcrübədən söyləyə bilərəm ki, kiçik yaşlarından bağçaya gələnlər 5 yaşında məktəbə hazırlıq proqramını çox asanlıqla və uğurla mənimsəyə bilirlər. Təəssüflə qeyd etməliyəm ki, orta məktəblərdə məktəbə hazırlıq proqramının ancaq orta məktəblərdə uşaqların mütləq keçirilməsinin vacibliyi haqqında fikirlər səsləndirilir. Bu, kökündən yanlışdır və belə yanaşma valideynləri çaşqın vəziyyətə salmaqla bərabər körpələr evi - uşaq bağçalarının qanunla müəyyən olunmuş hüquqlarını pozmağa xidmət edir.



Dəyərli valideynlərin diqqətinə çatdırmağı vacib hesab edirəm ki, bu cür əsası olmayan çağırışlara əhəmiyyət verməsinlər”.



G. Ağamalı ümidvar olduğunu bildirib ki, Təhsil Nazirliyi də öz növbəsində körpələr evi - uşaq bağçalarının hüquqlarının pozulmasına və fəaliyyətinin məhdudlaşdırılmasına xidmət edən qeyri-qanuni çağırışların qarşısının alınması üçün ciddi addımlar atacaq.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024