Mobil versiya
Ərdoğan: Bakı-Tbilisi-Qars dəmir yolu müasir İpək yoludur
Tarix: 03-09-2018 | Saat: 11:05
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ərdoğan: Bakı-Tbilisi-Qars dəmir yolu müasir İpək yoludur


Tikintisi qardaş Azərbaycanla birgə həyata keçirilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu müasir İpək yoludur.

BakuPost xəbər verir ki, bunu Qırğızıstanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 6-cı sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan qeyd edib ki, bu, regionun inkişafına xidmət edəcək vacib nəqliyyat layihələrindən biridir:

"Azərbaycanla birgə layihə sayəsində Çindən Avropaya fasiləsiz yük daşınması mümkün oldu”.

Qeyd edək ki, 2017-ci il oktyabrın 30-da istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun ümumi uzunluğu 846 km təşkil edir ki, bunun da 504 km Azərbaycan, 263 km Gürcüstanın və 79 km Türkiyənin payına düşür.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024