Mobil versiya
Azərbaycan XİN-dən “Mxitaryan açıqlaması"
Tarix: 01-09-2018 | Saat: 15:28
Bölmə:Karusel / İdman | çapa göndər

Azərbaycan XİN-dən “Mxitaryan açıqlaması"


Biz futbol proseslərini qabaqlamaq istəməzdik. Sözügedən komandaların tərkibi ilə bağlı məlumat daxil olduqdan sonra məsələyə baxılıb, konkret münasibət bildirilə bilər.

AİA.AZ.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıya - “Qarabağ”la oyuna gəlməsinə rəsmi Bakının icazə verib-verməyəcəyi məsələsinə münasibətini bildirərkən deyib.

XİN sözçüsü deyib ki, Azərbaycan dünyanın idman ölkəsidir və ölkəmizdə keçirilən beynəlxalq səviyyəli idman yarışlarında Ermənistan vətəndaşlarının, o cümlədən, digər ölkələrin erməni əsilli vətəndaşlarının iştirakı dəfələrlə baş tutub.

“Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər isə sırf hüquqi məsələdir”, - deyə H.Hacıyev əlavə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə