“Fədayə üçün vaqon açarı tapanda ağlıma da gəlməzdi ki…” - Müğənninin bacısı
Tarix: 14-08-2018, 17:05 | Saat: 15:47:00
Bölmə:Karusel, Gündəm | çapa göndər

“Fədayə üçün vaqon açarı tapanda ağlıma da gəlməzdi ki…” - Müğənninin bacısı


Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçının ögey bacısı Telli Ağayeva cinayət işi üzrə ibtidai istintaqa şahid qismində ifadə verib.

aia.az Report-a istinadən xəbər verir ki, o, ifadəsində qeyd edib ki, bacısı F.Laçınla münasibəti həmişə yaxşı olub.

T.Ağayeva dindirilən zaman söyləyib ki, 2016-cı ildən Bakı-Tbilisi-Bakı istiqamətində vaqon rəisi işləyib: "2017-ci ilin oktyabr ayının əvvəllərində Fədayə mənə "WhatsApp"da yazıb vaqon açarı lazım olduğunu bildirdi. Nə üçün istədiyini soruşanda "tanışımın həyətində qəfəs var, onu açmaq üçün üçkünc lazımdır" dedi. Mən də tanışlardan soruşacağımı ona söylədim. Bu söhbətdən bir neçə gün sonra həmkarım Ədalət Zeynalovdan açarı tapmaqda köməklik etməsini xahiş etdim. Bir neçə gün sonra Ədalətlə perronda görüşəndə açarı mənə uzatdı, amma həmin gün Tbilisiyə gedəcəyim üçün Fədayənin gəlib götürəcəyini qeyd etdim. Ədalətin telefon nömrəsini Fədayəyə verdim və əlaqə saxlayıb açarı götürməsini bildirdim. Mən qatarla gedəndə Fədayə mesaj yazıb açarı götürdüyünü dedi. Bakıya qayıdandan sonra Ədalət dedi ki, açarı şübhəli, narkomana oxşayan bir adam gəlib apardı. O, buna görə başının ağrıyacağını vurğuladı. Ona söylədim ki, bacım mənə ziyan verəcək bir iş görməz".

Onun sözlərinə görə, həmin açara "trexqranka" deyilir, silindirik formada olur, içərisi üçküncdür.

T.Ağayeva ifadəsində həmin açarla qatarda vaqonun hər yerini açmağın mümkün olduğunu vurğulayıb: "Biz işlədiyimiz dövrdə bu açarı heç vaxt rəsmi qaydada qəbul etməmişik. Ukraynada Xarkov dəmiryolçularından həmin açarı pulla almışdım. Mən Fədayə üçün vaqon açarı tapanda ağlıma da gəlməzdi ki, kimsə ondan istifadə edib həbsdə olan şəxslərin qaçmasını təşkil edəcək".

Xatırladaq ki, cinayət işi üzrə 13 nəfər təqsirli bilinir və 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər müğənni F.Laçın, Penitensiar xidmətin Konvoy taborunun keçmiş komandiri Bəhruz Abdullayev, Penitensiar xidmətin üç sabiq əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur.

İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.

aia.az



553 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
21-09-2018
20-09-2018
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930