Mobil versiya
Bakıda ağır yol qəzası - 13 nəfər yaralandı
Tarix: 20-07-2018 | Saat: 11:09
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bakıda ağır yol qəzası - 13 nəfər yaralandı



Bakıda ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, hadisə iyulun 19-da saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş verib.

Bakı şəhər sakinləri Şahbaz Dadaşovun idarə etdiyi “ZİL” və Vəli Cavadovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.

Nəticədə V.Cavadovun 13 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan 12 nəfərinə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, 1 nəfərin vəziyyəti qənaətbəxşdir.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024