Mobil versiya
Toyda kütləvi dava olub: 3 nəfər yaralanıb
Tarix: 19-07-2018 | Saat: 10:56
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Toyda kütləvi dava olub: 3 nəfər yaralanıb


Sabirabadda toyda baş verən kütləvi davada 3 nəfərə yaba ilə xəsarətlər yetirilib.

Məlumata görə, saat 00.30 radələrində Sabirabadın Moranlı kəndində toyda kütləvi dava baş verib. Dava zamanı kənd sakinləri, 1992-ci il təvəllüdlü Abbasov İlkin Taleh oğlu, 1995-ci il təvəllüdlü Abbaslı Ədalət İbrahim oğlu və 1994-cü il təvəllüdlü İmanov Feyruz Asim oğluna bədənlərinin müxtəlif yerlərindən yaba ilə kəsilmiş-deşilmiş xəsarətlər alıblar. Hər 3 yaralı Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Vəziyyətləri orta ağırdı.

Kütləvi davada iştirak edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı Sabirabad Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. (APA)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024