DYP-nin keçirdiyi reyddə qalmaqal - VİDEO
Tarix: 18-07-2018, 15:49 | Saat: 15:47:00
Bölmə:Karusel, Ölkə | çapa göndər

DYP-nin keçirdiyi reyddə qalmaqal - VİDEO




Şamaxıda səhər saatlarından gecəyədək rayonun dövlət yol polis bölməsinin əməkdaşları yol hərəkəti qaydalarına əməl etməyən, eyni zamanda cərimələrini ödəməyən sürücülərə qarşı reyd keçirib.

Reydlər əsasən rayonun mərkəz və şəhərdaxili küçələrini əhatə edib. Reyd zamanı bir sıra qanun pozuntularına rast gəlinib. Reyd yaşayış məntəqələrinə yaxın olan ərazilərdə yüksək sürətlə hərəkət edən sürücülərin qarşısını almaq, o cümlədən təhlükəsizlik kəmərindən istifadə etməyən, sərxoş, heç bir sənədi olmayan sürücüləri müəyyən etmək məqsədi daşıyıb.

Reyd zamanı bir nəfər sərxoş halda, bir nəfər sürücülük hüququ olmadan avtomobil idarə edən və 12 nəfər təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü polislər tərəfindən saxlanılıb. Cərimə borcunu ödəməyən iki sürücünün avtomobili isə cərimə meydançasına aparılıb.

Bəzi sürücülər törətdiyi əməldən boyun qaçırıb, hətta reyd zamanı ərazidə çəkiliş aparan televiziya əməkdaşlarına təyziq göstərənlər də olub.

aia.az





550 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
21-06-2018, 15:23 Azərbaycana yay gəldi

Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
15-08-2018
14-08-2018
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031