Mobil versiya
Şəlaləyə baxmağa gedənlərin başına daş düşdü
Tarix: 18-07-2018 | Saat: 14:47
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Şəlaləyə baxmağa gedənlərin başına daş düşdü




Qax rayonuna istirahətə gedən 3 nəfər xəsarət alıb. aia.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 12 radələrində rayonun İlisu kəndi ərazisində yüksək dağlıq ərazidən tökülən Ram-Ramay şəlaləsinə istirahətə gedən Cəlİlabad rayon sakini, 1990-cı il təvəllüdlü Orxan Eldar oğlu Məstəliyevin üzərinə şəlalədən gələn daş düşüb.


Nəticədə Orxan Məstəliyev başından, sol çiynindən, kürəyindən və qabırğalarından xəsarət alıb.

O. Məstəliyev yıxılan zaman yanında olan həmyerliləri - 1990-cı il təvəllüdlü Tərlan Məlikəhməd oğlu Ağamalıyev və 1988-ci il təvəllüdlü Mirrəhman Mirələm oğlu Salmanova toxunub.Bu zaman onlar da yıxılaraq xəsarət alıblar.

Hər üç şəxs Qax Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. O. Məstəliyevin xəsarətləri ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndəriləcək.

T.Ağamalıyev və M.Salmanov lazımi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024