Mobil versiya
Müstəntiq qardaşını öldürən nişanlı qızı buraxmayacaq: “Ortada ölüm faktı var”
Tarix: 18-07-2018 | Saat: 14:11
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Müstəntiq qardaşını öldürən nişanlı qızı buraxmayacaq: “Ortada ölüm faktı var”


Gədəbəydə qardaşını bıçaqlayaraq öldürən Sevinc Alıyevaya qarşı cinayət məcəlləsinin 120.1-ci maddəsilə (qəsdən adam öldürmə) cinayət işi açılıb.

Gədəbəy Rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, Sevinc Alıyeva hadisə baş verən gün saxlanılıb, hazırda istintaq hərəkətləri davam etdirilir.

Suallarmızı cavablandıran müstəntiq, ailənin qardaşını öldürən bacıdan şikayətçi olmayacağı təqdirdə tutulmayacağı ilə bağlı məsələyə münasibətində birmənalı olaraq “mümkün deyil” cavabını verib:


“Ortada ölüm faktı var. Hüquq-mühafizə orqanları bunu görməzdən gələ bilməz”.



Slavyanka kənd icra nümayəndəsinin müavini Sahib Həsənov Modern.az-a bildirib ki, mərhum Samir Alıyev bu gün kənd qəbiristanlığında dəfn olunacaq:

“Rusiyada olan atasını gözləyirdilər. Bu gün dəfn olunacaq”.



Kənd sakini, 2001-ci il təvəllüdlü Aliyev Samir Sübhan oğlu boğazından bıçaqlanaraq ölüb. Yaxınlarının bildirdiyinə görə, öz bacısı 1998-ci il təvəllüdlü Alıyeva Sevinc Sübhan qızı ilə zarafatlaşan zaman bacısının əlində olan bıçaq onun boğazına girərək şah damarı kəsib. S.Alıyevanın nişanlı olduğu, ailənin toya hazırlaşdığı bildirilir.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə görə, təqsirləndirilən şəxsi 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024