Mobil versiya
Bakı-Quba yolunda avtobus qəzası: 1 nəfər ölüb, 10 nəfər yaralanıb
Tarix: 18-07-2018 | Saat: 11:07
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bakı-Quba yolunda avtobus qəzası: 1 nəfər ölüb, 10 nəfər yaralanıb


Bakı-Quba yolunun Quba rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Modern.az-a məlumat verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, qəza zamanı sərnişin avtobusu “Nissan” markalı avtomobillə toqquşub:

“Hadisə nəticəsində “Nissan” markalı avtomobilin sürücüsü hadisə eyrində ölüb. Əraziyə 6 "Təcili yardım" maşını göndərilib.

Yaralılardan 6 nəfərinə hadisə yerində yardım göstərilib, daha 4 nəfər isə Quba Rayon Mərkəzi Xəstəxanasına aparılıb”.

Nazirlik rəsmisi deyib ki, yaralılardan 3 nəfərin vəziyyəti ağırdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024