Bakıda biabırçı cinayət - Yaşlı qadını döydü, qarət etdi - FOTO
Tarix: 18-07-2018, 10:18 | Saat: 15:47:00
Bölmə:Karusel, Hadisə | çapa göndər

Bakıda biabırçı cinayət - Yaşlı qadını döydü, qarət etdi - FOTO


Paytaxtın Nizami rayonunda ahıl yaşlı qadına qarşı soyğunçuluq edilib.



aia.az xəbər verir ki, bu barədə zərərçəkən Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verib. Zərərçəkən izahatında R.Rüstəmov küçəsində naməlum şəxsin ona qarşı zor tətbiq etdiyini və əlindəki içərisində 68 manat və bir ədəd mobil telefonu olan çantasını götürərək hadisə yerindən qaçdığını bildirib.





Məlumat ərazi üzrə Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə daxil olan kimi dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlanılıb.


Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Hacıyev Qabil Əleyman oğlu saxlanılıb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.





Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya 25-ci Polis Şöbəsinə müraciət edə bilərlər.



aia.az



579 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
25-01-2016, 11:46 Benzinin qiyməti düşdü

Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
15-08-2018
14-08-2018
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031