Mobil versiya
Gədəbəydə DƏHŞƏT: bacı qardaşını niyə öldürdü... - YENİLƏNİB
Tarix: 17-07-2018 | Saat: 11:29
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Gədəbəydə DƏHŞƏT: bacı qardaşını niyə öldürdü... - YENİLƏNİB


Gədəbəydə 20 yaşlı qızın özündən 3 yaş kiçik qardaşını qətlə yetirməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Modern.az Lent.az-a istinadən xəbər verir ki, Slavyanka kəndində ehtiyatsızlıqdan 2001-ci il təvəllüdlü qardaşı Samir Alıyevi boğaz nahiyəsindən bıçaqlayaraq öldürən Sevinc Alıyevanın nişanlı olduğu və ailənin toya hazırlaşdığı məlum olub.



Bildirilir ki, ailə başçısı Sübhan Alıyev vaxtaşırı olaraq işləmək üçün Rusiya Federasiyasına gedir və hazırda qonşu ölkədədir. Hadisədən sonra ona məlumat verilib və uşaqların atası ölkəyə qayıdır.



Vəfat edən 17 yaşlı Samir Alıyev məktəbi bu il bitiribmiş.



Hadisə ilə bağlı daha konkret məlumatlar prokurorluqda aparılan araşdırmadan sonra üzə çıxacaq.


***

Gədəbəydə 17 yaşlı oğlan bıçaqlanaraq ölüb.

aia.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Slavyanka kəndində baş verib.

Kənd sakini, 2001-ci il təvəllüdlü Aliyev Samir Sübhan oğlu boğazından bıçaqlabaraq ölüb. Yaxınları bədbəxt hadisə zamanı öldüyünü bildirir. Belə ki, öz bacısı 1998-ci il təvəllüdlü Alıyeva Sevinc Sübhan qızı ilə zarafatlaşan zaman bacısının əlində olan bıçaq onun boğazına girərək şah damarı kəsib.

Hadisə ilə bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024