Mobil versiya
İki gündə 175 cinayət faktı qeydə alınıb
Tarix: 09-07-2018 | Saat: 09:19
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

İki gündə 175 cinayət faktı qeydə alınıb




İyul ayının 7-dan 9-dək daxili işlər orqanlarında respublikanın daxili işlər orqanları tərəfindən 175 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, baş verən cinayətlərin 21-i "isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub, axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, məlumata görə, respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 11 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024