Mobil versiya
Həbs xəbəri yayılan sabiq icra başçısı DANIŞDI: “Ola bilməz!”
Tarix: 27-06-2018 | Saat: 15:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

Həbs xəbəri yayılan sabiq icra başçısı DANIŞDI: “Ola bilməz!”


Ölkə başçısının 6 iyun 2018-ci il tarixli sərəncamı ilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Raqub Məmmədovun həbs xəbərləri yayılıb. İddia olunur ki, Raqub Məmmədovun işdən azad edilməsinə səbəb yeyinti olub.

Məlumata görə, Raqub Məmmədov cəbhəyani kəndlərdə 32 artezian quyusunun pulunu mənimsəyib və heç bir artezian quyusu qazdırmayıb. Bundan əlavə, dövlət büdcəsindən ayrılan vəsaiti özünə yaxın olan MMC-lərlə silib. O da bildirilir ki, sabiq icra başçısı həm də rayonun yolları, işıqlandırılması, abadlaşdırılması üçün ayrılmış pulları mənimsəyib.

Hazırda İcra hakimiyyətində çalışan vəzifəli şəxslərin “Yeniçağ”a bildirdiyinə görə, Raqub Məmmədovun yeyintisi ilə bağlı araşdırmalar aparılır.

Ağdama yeni icra başçısının təyin edilməməsinin səbəbi də, aparılan araşdırma və yeyintinin həcminin tam dəqiq bilinməməsi ilə izah olunur.


Modern.az iddialarla bağlı sabiq başçı ilə əlaqə saxlayıb. Raqub Məmmədov Modern.az-a səsləndirilən ittihamların gülünc olduğunu bildirib:

“Raqub Məmmədovun necə icra başçısı olduğunu Ağdam camaatından soruşmaq kifayətdir. Belə bir şey yoxdur. Məni heç bir polis idarəsinə çağırmayıblar, hansısa iş açılmayıb, istintaq aparılmır. Ola da bilməz. Mən işlədiyim müddətdə işim də, yerim də bəlli idi, camaat da bilirdi, dövlət də bilirdi, gizlin heç nə yoxdur. Məsləhət oldu, vəzifədən çıxarıldım. Mən zabitəm, indən belə hara göndərsələr, ora da gedəcəm. Heç nədən də narahat deyiləm”.


R.Məmmədov hazırda istirahət etdiyini vurğulayıb.


Qeyd edək ki, R.Məmmədov 2014-2018-ci illərdə Ağdam rayon İcra Hakimiyyətinə başçılıq edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024