Mobil versiya
Günnüt kəndində şəhid olan əsgərimizə MEDAL VERİLDİ
Tarix: 25-06-2018 | Saat: 15:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

Günnüt kəndində şəhid olan əsgərimizə MEDAL VERİLDİ


Azərbaycan prezidenti İlham Əliyev bəzi hərbçilərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə təltif edilənlər arasında şəhid Adil Tatarov da var.

Adil Tatarov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.



Ordumuzun əsgəri Adil Əli oğlu Tatarov Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən şəhid olub. Hadisə Şərur rayonunun Günnüt kəndinin azad edilməsi uğrunda baş verib.

A. Tatarov doğulduğu Ağstafa rayon Qiraq Kəsəmən kəndində dəfn olunub.



Qeyd edək ki, 4 bacının tək qardaşı olan A.Tatarovun hərbi xidməti başa vurmağına 4 ay qalmışdı.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024