Mobil versiya
Zakir Həsənovdan Ermənistana mesaj: “Bir hədəf də salamat qalmaz”
Tarix: 21-06-2018 | Saat: 15:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

Zakir Həsənovdan Ermənistana mesaj: “Bir hədəf də salamat qalmaz”


"Bu gün bizim əsas problemimiz Qarabağdır. Biz bunu həll etmək üçün Ordumuzu silahla təchiz edirik".

AzVision.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat konfransında bildirib.
Nazir diqqətə çatdırıb ki, dünyada yaxşı silah çoxdur və bu, o demək deyil ki, hamısını almalıyıq: "Azərbaycan Ordusunda o qədər silah var ki, hamısı hansı tapşırıqları yerinə yetirəcəyinə görə alınıb. Bu gün silahlanmamızda olan raket və artilleriya qoşunları bir dəfə həmlə etsə, düşmənin bir hədəfi salamat qalmaz. Ordumuzun kifayət qədər silahı var. Təbii ki, biz silahlanmanı davam etdirəcəyik. Ali Baş Komandanın tapşırığı ondan ibarətdir ki, bizim silahlarımız o qədər müasir olmalıdır ki, vəzifəni yerinə yetirəndə Azərbaycan Ordusu minimum itki versin".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024