Mobil versiya
Parlament jurnalistlərindən yeni nazirlərə MÜRACİƏT
Tarix: 12-05-2018 | Saat: 11:31
Bölmə:Karusel / Siyasət | çapa göndər

Parlament jurnalistlərindən yeni nazirlərə MÜRACİƏT


Prezident İlham Əliyev xalqa layiqli xidməti dövlət məmurları qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Dövlət başçısı hər zaman qeyd edib ki, bu gün atılan bütün addımlar Azərbaycanın inkişafına, xalqın sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir. Bu baxımdan vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir.



Hər halda əksəriyyət etiraf edər ki, yeni təyinatlardan öncə müxtəlif dövlət məmurlarının qəbullarına üz tutan vətəndaşlar qarşılaşdıqları problemlərin aradan qaldırılması ilə əlaqədar vaxt itirir, əziyyət çəkir, müəyyən qədər xərc sərf etməli olurdular.



Həmçinin dövlət məmurları xalq üçün əlçatan deyildi. O cümlədən jurnalistlər nazirliklərin birinci şəxslərindən informasiya almaq imkanlarını itirmişdi. Yalnız rəhbər şəxslər, müavinlər deyil, bəzi qurumların mətbuat xidmətlərinə belə çatmaq qeyri-mümkün idi. Aradakı məsafə vətəndaşlara uçurum kimi görünürdü. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırdılar.



Lakin hazırda yeni təyinatların gerçəkləşdiyi dövlət qurumlarında fərqli vəziyyət müşahidə edilir. Belə ki, qurumların yeni rəhbərləri xalqla bir yerdə olmağa çalışırlar.



Son günlər ayrı-ayrı nazirlərin, komitə sədrlərinin yerlərdə ictimaiyyətin nümayəndələri ilə səyyar görüşlər keçirmələri, onların qayğı və problemləri ilə yaxından maraqlanmaları da məhz vətəndaş-məmur münasibətlərinin müsbət mənada inkişafına xidmət edir.



Təkcə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Bakıda köçkünlərlə görüşü, Kənd Təsərrüfatı naziri İnam Kərimovun bölgələrə səfəri, fermer və sahibkarlarla ünsiyyəti bunu deməyə əsas verir.



Modern.az saytının məlumatına görə, yeni dövlət məmurlarının cəmiyyətin bir parçası olmaq cəhdləri xalq tərəfindən yüksək dəyərləndirilir.



Onların əlçatanlığını, xalqdan biri olmasını nəzərə alaraq Parlament Jurnalistlər Birliyi də həmin dövlət məmurlarına müraciət edərək onlardan müsahibə istəyir.



Ümid edirik ki, bunun sayəsində jurnalistlər nazirliklərin birinci şəxslərindən informasiya almaq imkanlarını geri qazanacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024