Mobil versiya
Havadakı kəskin iy-qoxunun səbəbləri müəyyən edildi
Tarix: 09-05-2018 | Saat: 14:12
Bölmə:Karusel / Ölkə | çapa göndər

Havadakı kəskin iy-qoxunun səbəbləri müəyyən edildi



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri 4-8 may 2018-ci il tarixində Bakının Xətai, Nizami, Səbayıl rayonlarında yaranan kəskin iy-qoxu ilə bağlı monitorinq keçirib, atmosfer havasından nümunələr götürüb və analizlər aparıb.



Bu haqda Modern.az-a nazirlikdən məlumat verilib.



Analizlərin nəticələrinə görə atmosfer havasında müşahidə olunan kəskin iy-qoxunu yaradan səbəblər müəyyən edilib. Havada karbohidrogen mənşəli qaz qarışıqları və hidrogen-sulfidin miqdarı müəyyən günlərdə normadan dəfələrlə artıq olub.



Aparılan təhlillər zamanı kəskin iy-qoxu daha çox Neft Emalı zavodunun ərazisində, “Ekol Mühəndislik Xidməti” QSC-nin neftli suların təmizlənməsi və Nef Emalı zavodunun bioloji təmizləyici qurğularının ətrafında müşahidə olunub. Havadan gələn kəskin iy-qoxunun əsas mənbəyi sözügedən zavod və “Ekol Mühəndislik Xidməti” QSC-nin neftli suların təmizlənməsi qurğusunun olduğu müəyyən edilib.



Texnoloji prosesin pozulması və çirkab sularının təmizlənməsi normalarına riayət olunmadığına görə sözügedən müəssisələrə rəsmi xəbərdarlıq olunub. Hazırda qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülür və cərimə olunmaları üçün sənədləşmə işləri aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024