Mobil versiya
“Məni hədələyib həbs etdirəcəklərini dedilər…” - Mehmandarovun nəticəsi
Tarix: 07-05-2018 | Saat: 15:24
Bölmə:Karusel / Ölkə | çapa göndər

“Məni hədələyib həbs etdirəcəklərini dedilər…” - Mehmandarovun nəticəsi




AXC hökumətinin hərbi naziri, general Səməd bəy Mehmandarovun nəticəsi Aygün Mehmandarovanın 135 min manatlıq avtomobili əlindən alınıb.

“Qafqazinfo”ya müraciət edən A.Mehmandarova bildirib ki, 2014-cü ilin sonunda 10 XX 444 nömrəli, “Mercedes GL 500” markalı avtomobilini girov qoyaraq “Bank BTB”-dən 50 min dollar kredit götürüb: “Bank məndən 10 min “şapka” aldı, özümə 40 min verdilər. 9 ay ərzində 17 min 800 dollar pulu qaydasında ödədim. Devalvasiyaya görə problemlər yarandı, ödənişlər gecikdi. Bankın şikayəti əsasında məhkəmə maşından istifadəyə qadağa qoydu. Amma onun müsadirəsi və ya hərraca çıxarılıb satılması, kimlərə təhvil verilməsi barədə bir qərar verilmədi. Bir müddət sonra mən bankın baş ofisinə gedib maşının üzərindən həbsin götürülməsini istədim və sataraq borcumu ödəyəcəyimi bildirdim. Orada məni Samir Qəhrəmanov qəbul etdi və məni Problemli Kreditlər Departamentinin rəhbəri kimi təqdim etdiyi Cavid Zeynalovun yanına apardı. O da niyə pulu ödəmirsən deyib üstümə qışqırdı. Mən onlara izah etdim ki, hər iki uşağım xəstə olduğu üçün onları da müalicə etməliyəm, ona görə maşını satmalıyam. Onlar mənə dedilər ki, maşını satma, ucuza gedəcək. Təklif etdilər ki, avtomobili “V.İ.P Lizinq” şirkətinə verim, lizinqə salsınlar, mən də onlara pul ödəyim. Maşını onların salonuna təhvil verdim, iki gün sonra sənədləşmə üçün məndən 7800 manat istədilər, vermədim. Dedim o qədər pulum olsa banka ödəyərəm. Məni hədələyib həbs etdirəcəklərini dedilər. Samir və Cavid maşını da mənə qaytarmadılar. Dörd ay sonra banka müraciət etdim, onlar maşının bankda olmadığını dedilər və Samirlə Cavidin banka aidiyyatı olmadığını, sadəcə lizinq şirkətində işlədiklərini dedilər.



Mən “102” xidmətinə zəng edib şikayət etdim, işi 37-ci bölməyə verdilər. Samir və Cavid gəlib bölmədə məni təhqir etdilər. Təhqiqatçı Vilazim Musayev təklif etdi ki, maşını yoxlanış olmadan qəbul edim. Mən etiraz etdim və hüquq-mühafizə orqanları tərəfindən yoxlanılmasını istədim. Dedim neçə aydı maşın onlardadı, bəlkə cinayət törədiblər, bəlkə içinə narkotik qoyublar ya da hansısa hissəsini dəyişiblər. Vilazim Musayev dedi bunu etsən onlar başqa cür davranacaq. Mən razılaşmadım, ondan sonra hara şikayət etdimsə, onlar rüşvət verib işi bağladılar, cinayət işinə də xitam verildi. Bir neçə ay sonra maşınım “AMAY” Ticarət Mərkəzinin dayanacağında tapıldı, mən ora gedib baxdım. Avtomobilin qapıları açıq, hər tərəfi də əzilmiş, nasaz vəziyyətdədir. Məhkəmə eksperti maşını 135 min manat qiymətləndirib. Maşın mənim adımadır, mənim mülkiyyətimdir, amma özümə verilmir. Bank da məndən pulu tələb edir”.

Samir Qəhrəmanov isə “Qafqazinfo”ya açıqlamasında Mehmandarovanın dediklərini yalan adlandırıb: “Onun dedikləri düz olsaydı, indi bizlə bağlı istintaq gedərdi. Hansı zəmanədə yaşayırıq ki, kiminsə əlindən maşını alasan qaytarmayasan. Onun maşını bizdə deyil, bankın girovluğundadır”.

aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024