Mobil versiya
İyunda ardıcıl 5 gün iş olmayacaq
Tarix: 03-05-2018 | Saat: 15:07
Bölmə:Karusel / Ölkə | çapa göndər

İyunda ardıcıl 5 gün iş olmayacaq


İyun ayında Azərbaycan xalqının Milli Qurtuluş günü və Ramazan bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq.

İyunun 15-də Milli Qurtuluş günü ilə əlaqədar qeyri-iş günüdür. Ayın 15-16-da isə ölkədə Ramazan bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, iyunun 15-də Milli Qurtuluş günü ilə Ramazan bayramı eyni günə düşdüyündən, bundan başqa, iyunun 16-sı da şənbə gününə təsadüf etdiyindən ayın 18-19-da da iş olmayacaq. Beləliklə, ölkədə ardıcıl – iyunun 15-i, 16-sı, 17-si (bazar günü), 18-i, 19-u qeyri-iş günüdür. Növbəti iş günü iyunun 20-də olacaq. İyunun 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü olduğundan həmin gün qeyri-iş günüdür.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024