Mobil versiya
Ramil Usubov polis rəislərinə tapşırıqlar verib
Tarix: 28-04-2018 | Saat: 12:39
Bölmə:Karusel / Ölkə | çapa göndər

Ramil Usubov polis rəislərinə tapşırıqlar verib



Daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 28-də Göyçayda vətəndaşları qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsində baş tutan tədbirdə Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının qəbula gələn 44 sakini ilə görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyatı baş idarə, idarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan məsələlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

Qəbulda iştirak edən vətəndaşlar bölgələrdə mütəmadi olaraq keçirilən belə görüşlərin təşkilinə, müvafiq dövlət orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə diqqətlə və həssas yanaşılmasına görə ölkə başçısına minnətdarlıq edib, onun Azərbaycan Respublikasının tərəqqisinə, iqtisadi dirçəlişinə, beynəlxalq imicininin daha da yüksəldilməsinə yönəlmiş siyasətini bundan sonra da dəstəkləyəcəklərini bildiriblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024