Əhalidə ən çox aşkarlanan xəstəliklər açıqlandı
Tarix: 25-04-2018, 15:50 | Saat: 15:47:00
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Əhalidə ən çox aşkarlanan xəstəliklər açıqlandı


Fevralın 12-dən ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi prosesi davam edir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, 2 ay ərzində 1 912 405 nəfər tibbi müayinələrdən yararlanıb. Onlardan 919 075 nəfər kişi, 993 330 nəfəri isə qadındır.

Əhalinin sağlamlaşdırılması və profilaktikası məqsədi ilə həyata keçirilən müayinələr zamanı infeksion, qan və qanyaradıcı xəstəliklər, endokrin, psixi və davranış pozuntuları, əsəb xəstəlikləri, göz xəstəlikləri, eşitmə pozğunluqları, qan dövranı xəstəlikləri və tənəffüs xəstəlikləri kimi müxtəlif xəstəliklər aşkarlanaraq müalicələrə cəlb edilib.

Eyni zamanda 13 298 nəfərdə həzm sistemi xəstəlikləri, 3615 nəfərdə dəri, 4396 nəfərdə sümük-əzələ və s. xəstəlikləri qeydə alınıb.

Müayinələr nəticəsində 2830 nəfər hospitalizasiya olunub, 66 851 nəfər sağlamlaşdırılıb. 604 479 nəfər əlavə müayinələrə cəlb olunub.

Müayinələr may ayının 12-dək davam edəcək.

aia.azшаблоны для dle 11.2



5574 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
24-09-2018, 09:00 İranda matəm elan edilib

Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2018
14-11-2018
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
{sape_links}{sape_article}