Mobil versiya
ABŞ nüvə silahlarını Aralıq dənizinə göndərdi
Tarix: 21-04-2018 | Saat: 12:11
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ nüvə silahlarını Aralıq dənizinə göndərdi




ABŞ-ın aviazərbə qrupu "Harry Truman” nüvə aviadaşıyıcısının başçılığı ilə Aralıq dənizində xidmətə başlayıb.

aia.az xəbər verir ki, bu barədə ABŞ-ın Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

"Bu zərbə qrupunun regionda mövcudluğu bizim Afrika və Avropada sülh, təhlükəsizlik və inkişaf təminatına sadiqliyimizi göstərir” - ABŞ-ın Neapolda yerləşən hərbi bazasının komandanı Hərbi Dəniz Qüvvələrinin 6-cı donanmasının vitse-admiralı Liza Franketti bildirib.

Bəyanatda hədəfin nə olduğu bildirilməyib. Lakin burada qarşıya qoyulmuş hədəflərin yerinə yetirilməsinə başlandığı da bildirilir. Həmçinin buradan qrupun daha da irəli yəni Fars körfəzinə də gedəcəyi bildirilir.

Xatırladaq ki, "Harry Truman” nüvə aviadaşıyıcısı "Normandi” raket kreyserinin və 4 ədəd dağıdıcı gəminin müşayiəti ilə aprelin 11-də Norflok limanından Aralıq dənizinə üz tutub.(modern.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024