Mobil versiya
Gəmiçilikdə “Təhlükəsizlik Günü” keçirilib
Tarix: 18-04-2018 | Saat: 12:46
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Gəmiçilikdə “Təhlükəsizlik Günü” keçirilib


Gəmiçilikdə “Təhlükəsizlik Günü” keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbər şəxsləri üçün “Təhlükəsizlik Günü” keçirilib.

Toplantıda 2018-ci ilin I rübündə dünya gəmiçiliyində qeydə alınan hadisələrə nəzər salınıb, onların başvermə səbəblərindən danışılıb

Tədbirdə cari ilin I rübündə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində qeydə alınmış hadisələrin təsviri verilib. Son 3 ayda “Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi”ndə (TKİS) edilmiş dəyişikliklər, donanmalar və idarələrdə 2018-ci ilin I rübü üzrə KSƏTƏMM statistikası, idarələr üzrə təkrarlanan nöqsanlarla bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb

Tədbirdə baş verə biləcək hadisələrin qarşısını almaq üçün neftçilərin daşınması zamanı istismar olunan “AXDG” QSC-yə məxsus “General Əsədov” gəmisində sərnişinlər üçün təhlükəsizlik qaydalarına dair təlimat videosu nümayiş edilib. Bununla belə, ötən rüb görülən işlər və qarşıdakı hədəflərimiz kimi mövzular diqqət mərkəzində olub.

Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin (KSƏTƏMM) rəisi Ələkbər Əzizli geniş məruzə ilə çıxış edib. O, Gəmiçilikdə təhlükəsizlik məsələlərinin hər zaman xüsusi diqqətdə saxlanıldığını deyib. Bildirib ki, Gəmiçilikdə təhlükəsizliklə bağlı sərt tələblər mövcuddur və bu tələblərə hər bir əməkdaş əməl etməlidir

Toplantıda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də təhlükəsizliklə bağlı keçirilən təlimlər və onların əhəmiyyəti haqqında da ətraflı məlumat verilib. Bildirilib ki, maarifləndirmə hesabına hadisələrin sayında azalma qeydə alınıb. Müsbət nəticənin əldə olunmasında hadisələrin araşdırılması və təhlilinin mühüm rol oynadığı xüsusi diqqətə çatdırılıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə