Mobil versiya
Külli miqdarda narkotik və silah götürülüb
Tarix: 14-04-2018 | Saat: 12:08
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Külli miqdarda narkotik və silah götürülüb


Sabirabad Rayon Polis Şöbəsinə Yenikənd kəndi ərazisindəki həyətyanı sahələrdən birində narkotik tərkibli bitkilərin yetişdirilməsi barədə əməliyyat məlumatı daxil olub.

DİN-dən aia.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə kənd sakini Elnur Qənizadəyə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 40 ədəd çətənə kolu, 19 ədəd çətənə şitili, həmçinin müvafiq sənədləri olmayan ov tüfəngi və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Daxil olmuş digər məlumatlar əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qarağac kənd sakini Sərvan Mahmudovdan və Qaragüney kənd sakini Hafiz Məlikovdan müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngləri götürülüb. Faktlarla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024