Mobil versiya
Deputat: "Sosial şəbəkələrdə Azərbaycan dövlətinə qarşı aparılan kampaniyalar təsadüfi deyil"
Tarix: 03-04-2018 | Saat: 16:44
Bölmə:Karusel / Gündəm | çapa göndər

Deputat: "Sosial şəbəkələrdə Azərbaycan dövlətinə qarşı aparılan kampaniyalar təsadüfi deyil"



Sosial şəbəkələrdə Azərbaycan dövlətinə qarşı aparılan kampaniyalar təsadüfi baş vermir.
AİA.Az.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, qlobal imperializm hazırki mərhələdə lidersizləşdirmək və dövlətsizləşdirmək siyasəti həyata keçirir:

"Bunun üçün, ilk növbədə, milli dövlətlərin liderlərinə və onun sadiq komandasına hücumlar təşkil edilir. Liderləri sıradan çıxardıqdan sonra isə milli dövlətləri dağıdırlar. Biz Yaxın Şərqdə belə nümunələrin şahidi olmuşuq.

H.Babaoğlu bildirib ki, dünyada terrorun forma və növləri hamıya məlumdur: "İndi isə informasiya, sosial şəbəkələr terroru yaradılıb. Hazırda qlobal imperializm öz məqsədlərini virtual və informasiya terroru üzərindən həyata keçirir. Bu azmış kimi Avropanın siyasətini müəyyənləşdirən bəzi dövlətlər milli dövlətlərdən süni mühacirət təşkil edirlər. Əvvəllər Avropanın bəzi dövlətlərinə mühacirət etmək çox çətin idi. Amma Azərbaycanda sabitliyi pozmaq istəyən dövlətlər və qüvvələr məqsədlərinə nail olmadıqları üçün sonradan süni mühacirət yolu ilə müəyyən mərkəzlər yaratmağa başladılar. Həmin ölkələr hazırda siyasi "teatrlar" düzəldirlər. Belə ki, xarici ölkələrin birində vətənpərvər soydaşlarımız 31 mart soyqırımı ilə bağlı aksiya keçirdiyi halda, digər tərəfdən həmin şəbəkə eyni vaxtda dövlətimizə qarşı siyasi "teatr" təşkil etdi. Polis də bu prosesə müdaxilə etmədi. Bir qədər gücləndikdən sonra isə bu siyasi "teatrlar" ölkəmizə transfer edilərək siyasi dramaya çevriləcək. İmperializmin son məqsədi budur. Buna yol verməməliyik. Bütün bunlar düşünülmüş siyasətdir. Yəni bu, kiminsə əxlaq və siyasi mədəniyyəti məsələsi deyil. Bu, imperialzimin milli dövlətlərə hücumudur".

Bu məsələ ilə əlaqədar hüquqi addımlar atılmasını təklif edən millət vəkilinin sözlərinə görə, diplomatik korpuslarımız bu istiqamətdə fəaliyyətə başlamalıdır: "Həmçinin, milli informasiya məkanımız çox ciddi təhdidlər altındadır. Prezident İlham Əliyev qeyd edib ki, milli təhlükəsizliyimizin əsas komponentlərindən biri informasiya təhlükəsizliyidir. Transmilli şirkətlər olan Facebook, Tvitter-ə münasibət də hüquq müstəvisində tənzimlənməlidir. Sosial şəbəkələrdə milli əxlaqi dəyərlərimizi deqradasiyaya uğradan təhqir və böhtanlar blok edilməlidir. Bir sözlə, vaxtı çatıb ki, transmilli şirkətlərin Azərbaycanın informasiya məkanındakı fəaliyyəti hüquqla, qanunla nizamlanması mərhələsi başlasın".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024