Mobil versiya
Məşhur ginekoloq Səbinə Mirzəyeva vəfat etdi
Tarix: 03-04-2018 | Saat: 13:48
Bölmə:Karusel / Ölkə | çapa göndər

Məşhur ginekoloq Səbinə Mirzəyeva vəfat etdi


“Baku Medical Plaza”nın Qadın xəstəlikləri və Doğum Şöbəsinin cərrah mama-ginekoloqu Dr. Səbinə Mirzəyeva bu gün vəfat edib.

Bu barədə “Qafqazinfo”ya “Baku Medical Plaza”nın plastik cərrahı Sirus Qoçqani məlumat verib. Onun sözlərinə görə, həkimin qəflətən təzyiqi qalxıb, beyninə qan sızıb və vəfat edib.

Allah rəhmət eləsin!

Qeyd edək ki, Səbinə Mirzəyeva ölkənin məşhur ginekoloqlarından biri idi. O, Azərbaycan Tibb Universitetinin məzunu olub. Bir müddət Milli Onkologiya Mərkəzində, Mərkəzi Neftçilər Xəstəxanasında çalışan xanım cərrah 2013-cü ildən Bakı Medikal Plazada işləyir.

Səbinə Mirzəyeva, həm də pasiyentlərin sevimli həkimi kimi tanınırdı. Hazırda sosial şəbəkələrdə xəbəri öyrənən dostları və pasiyentləri şok içərisindədir.

Xatırladaq ki, dünən Səbinə Mirzəyevanın təşəbbüsü ilə “Sağlam nəsil naminə hamilələrlə görüş”
adı altında açıq konfrans təşkil olunmuşdu. 300-dən artıq ana olmağı planlayan xanımlar, artıq ana olmağa namizəd olan hamilələr, həmçinin bir və daha artıq övladı olan gənc analar konfransda iştirak ediblər.








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024