Mobil versiya
Ordumuzun ən yaxşı snayperləri bəlli oldu
Tarix: 03-04-2018 | Saat: 11:55
Bölmə:Karusel / Ölkə | çapa göndər

Ordumuzun ən yaxşı snayperləri bəlli oldu


2018-ci il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunun hərbi hissələri üzrə "Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, sərrast atıcılıq qabiliyyətinə malik snayper-hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış Müdafiə Nazirliyinin xüsusi təchiz edilmiş təlim meydançasında keçirilib.

Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutub və normativləri icra ediblər.

Snayperlər hədəflərə fərdi və qrup şəklində atışlar edib, maneələrin dəf edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriliblər. 6 mərhələdən ibarət olan yarışda hərbi qulluqçular "Snayper müdafiədə”, "Snayper hücumda” və digər tapşırıqlar üzrə çalışmalarda öz bacarıqlarını nümayiş etdiriblər. Yekun nəticələrə görə qaliblər müəyyən edilib və mükafatlandırılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024