Bakı Ankaradan 10 cinayətkarı tələb elədi
Tarix: 10-03-2018, 16:09 | Saat: 15:47:00
Bölmə:Karusel, Hadisə | çapa göndər

Bakı Ankaradan 10 cinayətkarı tələb elədi




Türkiyə 2017-ci ildə 80 ölkədən 389 cinayətkarın ekstradisiyasını tələb edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Habertürk” qəzeti yayıb. Ekstradisiyası tələb edilənlərdən 251-i terrorda, 138-i isə digər cinayətlərdə ittiham olunub.

Ankaranın bu tələblərinin keçən il ərzində yalnız 80-ni qarşılanıb. Türkiyəyə keçən il ərzində həmçinin Azərbaycandan 4 cinayətkar ekstradisiya olunub.

2017-ci ildə Türkiyəyə 18 ölkədən 50 ekstradisiya tələbi gəlib. Tələb edilən şəxslərin 11-i terrorizmdə, 39-u isə digər cinayətlərdə ittiham olunub. Ankaradan cinayətkarların ekstradisiyasını tələb edənlər sırasında Azərbaycan da yer alıb. Rəsmi Bakı Ankaradan 10 nəfərin ekstradisiyasını tələb edib və bununla da Türkiyədən ən çox cinayətkarın ekstradisiyasını tələb edən ölkələr sırasında ilk yerə yüksəlib.

Hələlik, Türkiyə Azərbaycanın tələb etdiyi bir şəxsi ekstradisiya edib.

aia.az



5137 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
20-10-2018
19-10-2018
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031