Mobil versiya
Təhsil İdarəsindən valideynlərə MÜRACİƏT
Tarix: 01-03-2018 | Saat: 15:33
Bölmə:Karusel / Təhsil | çapa göndər

Təhsil İdarəsindən valideynlərə MÜRACİƏT


"Bakıda I sinfə qəbulla bağlı elektron sistemdə 35 minə yaxın sorğu yerləşdirilib".

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, hazırda valideynlər ərizələri çap edərək məktəblərə təqdim edirlər: "Əvvəlki illərdən fərqli olaraq, sənəd təqdim etmə mərhələsində uşaqların məktəbə getməyinə ehtiyac yoxdur. Çünki müsahibə mərhələsi iki ildir ləğv olunub".

Prosesin fevralın 22-dən sentyabrın 15-nə kimi davam edəcəyini xatırladan M. Vəliyeva valideynlərin I sinfə qəbulla bağlı şikayətlərinin nədən ibarət olduğunu da açıqlayıb: "Valideynlərin şikayətləri əsasən, ərazidəki məktəbdə yerlərin dolması, istədikləri müəllimin sinfində yerin olmaması ilə bağlıdır. Valideynlər yaşamadıqları ərazidəki məktəbə də uşaqlarını qoymaq istəyirlər. Valideynlərə müraciət edərək bildirirəm ki, övladlarını yaşadıqları ərazidəki məktəblərə yerləşdirsinlər".

BŞTİ-nin müdiri qeyd edib ki, İdarənin tabeliyində I sinfə qəbulu həyata keçirən 300 məktəbdən 31-də sıxlıq müşahidə olunur: "Sıxlıq o məktəblərdə müşahidə olunur ki, orada ərizələrin sayı məktəbin yer sayından artıqdır".

Qeyd edək ki, Bakıda fevralın 22-dən I sinfə qəbul başlayıb. Gəncə, Sumqayıt və Abşeronda isə I sinfə elektron qəbul martın 12-dən başlayacaq.

AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024