Mobil versiya
Afrində bir gündə 101 terrorçu zərərsizləşdirildi
Tarix: 28-02-2018 | Saat: 11:56
Bölmə:Karusel / Dünya | çapa göndər

Afrində bir gündə 101 terrorçu zərərsizləşdirildi


Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin rayonunda davam etdirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2184 nəfərə çatıb.



aia.az xəbər verir ki, bu barədə Türkiyə SQ Baş Qərargahı xəbər yayıb.



Məlumatda bildirilir ki, son sutka ərzində PYD, YPG və İŞİD terror təşkilatlarının 101 üzvü məhv edilib.
Əməliyyat müddətində Afrində 113 yaşayış məntəqələsi azad edilib.



Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb.



"Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024