Mobil versiya
Fəttah Heydərov yenidən Ağsaqqallar Şurasının sədri seçilib
Tarix: 27-02-2018 | Saat: 14:44
Bölmə:Karusel / Gündəm | çapa göndər

Fəttah Heydərov yenidən Ağsaqqallar Şurasının sədri seçilib


Fevralın 27-də Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayı keçirilib. Fəttah Heydərov qurultayda yenidən Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilib.

aia.az xəbər verir ki, qurultayda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak ediblər.

Qurultayda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib ki, Ağsaqqallar Şurası ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir.

Ərəstun Mehdiyev əmin olduğunu bildirib ki, Azərbaycan ağsaqqalları bundan sonra da ölkəmizin ictimai-siyasi həyatında fəaliyyətlərini uğurla davam etdirəcəklər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə, Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov, Gəncə şəhər Ağsaqqallar Şurasının sədri Xalid Qurbanov və digər çıxış edənlər bildiriblər ki, bu gün Azərbaycanda ağsaqqalların ictimai-siyasi fəallığının təmin edilməsi üçün hər cür şərait yaradılıb.

Çıxışlarda Ağsaqqallar Şurasının beş illik fəaliyyəti yüksək qiymətləndirilib. Bildirilib ki, Şura ictimai-siyasi hadisələrə diqqətlə yanaşır, bu proseslərdə fəal iştirak edir.

Daha sonra Şuranın rəhbər orqanları seçilib.

Fəttah Heydərov açıq səsvermə yolu ilə yenidən Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilib.

Sonra qurultayın qətnaməsi oxunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024