Mobil versiya
Olimpiadadakı təmsilçimiz danışdı: "Bir də gördüm ki..."
Tarix: 23-02-2018 | Saat: 13:02
Bölmə:Karusel / İdman | çapa göndər

Olimpiadadakı təmsilçimiz danışdı: "Bir də gördüm ki..."


Pxençxanda keçirilən XXIII Qış Olimpiya Oyunlarının slalom yarışının uğursuzları mübarizəni dayandırdıqdan sonra çıxışlarını dəyərləndiriblər.

AİA.Az apasport.az-a istinadən xəbər verir ki, cəmi 25 saniyə mübarizə apararaq, yarışla vidalaşan Azərbaycan millisinin xizəkçisi Patrik Braxner də hansı səbəbdən finişə çata bilməməsini açıqlayıb.

O bildirib ki, hər şey gözlənilmədən oldu: "Hər şey yaxşı idi. Amma sonadək belə olmadı. Bir də onda gördüm ki, qapılar - maneələr ayağımın arasındadı. Sanki, onları yəhərləyib, minmişdim".

Qeyd edək ki, avstriyalı legionerimiz bir gün öncə keçirilən slalom yarışında finişə çata bilməmişdi. Bu növdə ilk cəhddə isə 106 idmançıdan cəmi 52-si sonadək mübarizə aparmışdı.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024