Mobil versiya
Hindistanlı oğlanın başında 1,8 kiloluq şiş - DƏHŞƏT
Tarix: 22-02-2018 | Saat: 17:03
Bölmə:Karusel / Dünya | çapa göndər

Hindistanlı oğlanın başında 1,8 kiloluq şiş - DƏHŞƏT


Hindistanlı Santala Palanın beynindən çəkisi 1.8 kiloqram olan nəhəng xərçəng şişi əməliyyat nəticəsində çıxarılıb. Modern.az xəbər verir ki, bu barədə “The Hindu” nəşri məlumat yayıb.

Hadisə hindistanda baş verib. 31 yaşlı Pala bu xəstəliyə 3 il əvvəl yoluxub və şiş çox sürətlə böyüyərək gözlərinin tutulmasına səbəb olub.

O, əvvəl bir neçə xəstəxanaya müraciət etsə də, heç kim bu riskli əməliyyata razı olmayıb. Əgər müdaxilə olunmazsa, şiş əvvəl tam iflicə, daha sonra isə beynin zədələnməsinə səbəb olacaqdı.



Sonda Mumbayda keçirilən 6 saatlıq əməliyyatdan sonra xəstəni bu nəhəng bəladan qurtarmaq mümkün olub. Bundan sonra xəstənin görmə qabiliyyətinin bərpasına ümid edirlər.

“Sağalmaq zaman məsələsidi, xəstənin həyatına isə artıq heç bir təhlükə yoxdur”- deyə neyrocərrah Trinurti Nadkarni məlumat verib.

Həkimlər bunun dünyada ən böyük şiş ola biləcəyini də vurğuluyublar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024