Mobil versiya
Parkda insident: Gənc atasının köməyinə gəldi
Tarix: 22-02-2018 | Saat: 11:26
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Parkda insident: Gənc atasının köməyinə gəldi




aia.az saytı teleqraf.com-a istinadən xəbər verir ki, rayonun mərkəzindəki Nizami Gəncəvi adına parkda 1990-cı il təvəllüdlü Nüsrət Əliyev bıçaqlanıb.

Yaralı ətrafdakıların köməyi ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, parkda Rafət adlı şəxs Nüsrət Əliyevin atası Hilal Əliyevlə mübahisə edib. Rafət Hilal Əliyevə qarşı təhqiramiz ifadələr işlədib, onu vurmaq istəyib.

Bu zaman orada olan Nüsrət Əliyev araya girib. Nəticədə Nüsrət Əliyev bıçaq xəsarəti alıb.

Hadisəni törədən şəxs oradan qaçsa da, Qax rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024