Mobil versiya
Daha bir azərbaycanlı idmançıda dopinq aşkarlandı
Tarix: 21-02-2018 | Saat: 15:03
Bölmə:Karusel / İdman | çapa göndər

Daha bir azərbaycanlı idmançıda dopinq aşkarlandı



Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) Modern.az-a verilən məlumata görə, bu, Yekaterina Sarıyevadır.



Yüngül atletika üzrə Azərbaycan millisinin üzvü 12 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Cəza 2017-ci il sentyabrın 23-dən qüvvəyə minib.



23 yaşlı idmançıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Onun orqanizmində furosemid aşkarlanıb.



Qeyd edək ki, Yekaterina Sarıyeva üçtəkanla tullanmada III İslam Həmrəyliyi Oyunlarında qızıl, IV İslam Həmrəyliyi Oyunlarında isə bürünc medal qazanıb.

aia..az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024