Mobil versiya
“DəmirBank”ın əmanətçilərinə 38 milyon manat kompensasiya ödənilib
Tarix: 17-02-2018 | Saat: 11:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

“DəmirBank”ın əmanətçilərinə 38 milyon manat kompensasiya ödənilib




Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə davam edir.

Fondun mətbuat xidmətindən verilən məlumata görə, fevralın 17-dək əmanətçilərə nağdsız qaydada 38 milyon manatdan artıq kompensasiya ödənilib.

Azərbaycan Respublikasının iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatları nəzərə alaraq, ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir.

Kompensasiyaların ödənilməsi prosesinə 1 fevraldan başlanılıb. Qorunan əmanətçilər kompensasiyaların ödənilməsi üçün 1 (bir) il müddətində “KapitalBank” ASC-nin 26 filialına müraciət edə bilərlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024