Mobil versiya
Kredit götürmək adı ilə dələduzluq edən şəxsə hökm oxundu
Tarix: 16-02-2018 | Saat: 14:52
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Kredit götürmək adı ilə dələduzluq edən şəxsə hökm oxundu


Bakı Ağır Cinayətlər Məhkəməsində "Muğanbank" dan vətəndaşlara kredit alacağını vəd edərək külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Qəzənfər Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

aia.az Trend-ə istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Q. Qəhrəmanov 7 il azadlıqdan məhrum edilib.

İttihama görə, Q. Qəhrəmanov ayrı-ayrı vətəndaşlara "Muğanbank"dan külli miqdarda kredit alacağını vəd edib, onlardan pul alaraq aldadıb. Təqsirləndirilən şəxs zərərçəkmişlərə 11 min manatdan çox ziyan vurmaqda təqsirləndirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024