Mobil versiya
Bayılda sürüşmə zonasında yaşayan sakinlərə kirayə pulu veriləcək
Tarix: 10-02-2018 | Saat: 16:10
Bölmə:Karusel / Ölkə | çapa göndər

Bayılda sürüşmə zonasında yaşayan sakinlərə kirayə pulu veriləcək



Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl sürüşmə zonasındakı əraziyə baş çəkib.

"Report" xəbər verir ki, icra başçısı ərzidə yaşayan sakinlərlə görüşüb. Görüş zamanı mübahisə düşüb. İcra başçısı vəziyyətlə tanış olub və sakinlərin hamısının ərazidən köçürülməsi ilə bağlı tapşırıq verib. Ə.Əzizov həmçinin sakinlərin əşyalarının daşınmasına yardım olunmasını da tapşırıb.

E. Əzizov qeyd edib ki, Bayıl sürüşmə zonasının sakinlərinə bir illik kirayə haqqı veriləcək".

O bildirib ki, kirayə haqqı fevralın 13-dək ödəniləcək: "Hazırda məsələyə rəsmi səviyyədə baxılır".

İcra başçısı tapşırıq verib ki, sakinlərin evlərində qalan əşyaları məktəbin binasına yığılsın: "Ərazidə öncə təhlükəsizlik tədbirləri görülməlidir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024