“Bioloji Təbabət”in rəhbərinin adı ölüm işində - İTTİHAM
Tarix: 9-02-2018, 12:54 | Saat: 15:47:00
Bölmə:Karusel / Səhiyyə / Seçilənlər-7 | çapa göndər

“Bioloji Təbabət”in rəhbərinin adı ölüm işində - İTTİHAM


Fevralın 7-də Göyçayın Bığır kənd sakini Seyidova Mehriban Sabir qızı Rayon Mərkəzi Xəstəxanasında müəmmalı şəkildə dünyasını dəyişib.
AzEuroNews.com-a verilən məlumata görə, öskürdüyü üçün həkimə gedən M.Seyidovanın halı qəfildən pisləşib və həkimlərin səhv müalicəsi nəticəsində təxminən saat 22 radələrində vəfat edib.

► Nazirliyin aparatları klinikaya daşınıb

Mərhumənin həyat yoldaşı Seyidov Ağasəf Babaş oğlu arvadının ölümündə həkimləri ittiham edib.

Onun sözlərinə görə, Göyçay RMX-nın baş həkimi Elçin Bilalovun yarıtmaz fəaliyyəti nəticəsində insanlar yüngül xəstəlikdən səhv müalicə ilə məhv edilirlər.

“Xəstəxanada olan qiymətli təzə müayinə aparatları Elçin Bilalov tərəfindən özünə məxsus “Bioloji Təbabət” klinikasına aparılıb, orada pullu xidmətə verilib.

Həmin aparatlar Səhiyyə Nazirliyi tərəfindən Göyçay rayon Mərkəzi Xəstəxanasına verilib.

Elçin Bilalov isə Göyçay rayon mərkəzi xəstəxanasına baş həkim vəzifəsinə təyin ediləndən əvvəl özünə məxsus “Bioloji Təbabət” xəstəxanasında alver edirdi, indi isə burada davam etdirir”.

Şikayətçi deyib ki, həyat yoldaşı adi öskürəyə görə 20 gün öncə Göyçay xəstəxanasında həkimə müraciət edib və müalicə kursu keçməyə başlayıb.

Onun səhhəti iki gün öncə həkimin səhv müalicəsi nəticəsində ağırlaşıb deyə reanimasiya şöbəsində süni nəfəs aparatına qoşulub.

Seyidov yazıb ki, həyat yoldaşının xüsusi ambulansla Bakıya çatdırılmasına təcili zərurət olsa da, təmin edilməyib.

Ancaq Göyçay Mərkəzi Xəstəxanasına məxsus olan exo müayinə aparatını baş həkim Elçin Bilalov özünə məxsus “Bioloji Təbabət” klinikasına aparıb orada pullu xidmətə verib”.

► “Von otsuda, afiristka, tı afiristka”

AzEuroNews.com xəbər verir ki, E.Bilalovun rəhbərlik etdiy i“Bioloji Təbabət” klinikasının adı müxtəlif neqativ işlərdə hallanıb. Bu klinikanın müxtəlif filialları var.

Məsələn, ötən ilin noyabrında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, klinikanın Bakıdakı filialında stomatoloq Cəfər Fərzəliyev pasienti Sevil Ağamirovanın dişində apardığı əməliyyatı xəstənin narazılığı səbəbindən yarımçıq qoyub və üstəlik onu təhqir edib.

E.Hüseynov bildirib ki, dişindən müalicə alan pasient ödədiyi pula görə klinikadan ona heç bir qəbz verilməyib:

“Cəfər Fərzəliyev dişimi müayinə etmək üçün məni rentgenə göndərdi. 20 manat ödədim, ancaq qəbz verilmədi.

Sonra dişimi düzəltmək üçün bir dişə görə 120 manat istədi. Ümumilikdə doqquz dişim üçün 1000 manat verməli idim.

Əvvəlcədən 250 manat həkimə pul verdim. Həmin məbləğə görə mənə qəbz vermədi. Dişim 3 gündən sonra hazır oldu. Yəni koronkalar artıq hazır idi. Ödənişin qalanını istədi.

Ona pulu ödəməyə hazır idim, lakin ödədiyim pulların qəbzini tələb etdim. Həmçinin bildirdim ki, mənə müvəqqəti qoyduğu diş yaxşı oturmayıb, dişim, damağım ağrayır. Çənəmdə yaralar əmələ gəlib.

Bütün bunlardan sonra o mənim üstümə bağırmağa başladı və məni təhqir etdi. Mənə rus dilində “von otsuda, afiristka, tı afiristka” dedi. Əlavə etdi ki, “görərsən, koronkalar başına nə oyun açacaq. Sənə elə belə lazımdır”.

Klinikanın mətbuat xidməti isə iddiaları təkzib edib və qadını böhtan atmaqda günahlandırıb.

Nazirliyin cərimələdiyi klinikanın gerçək sahibi

Ümumiyyətlə, “Bioloji Təbabət” MMC klinikası iş adamına məxsusdur. Tibb ocağının sahibi məşhur “Planeta” apteklər şəbəkəsinin müdiri Elxan Yaqubovdur.

Əslən Göyçaydan olan E.Yaqubovun eyni adda 11 apteki fəaliyyət göstərir. Onun “Bioloji Təbabət” klinikası almanlarla müştərək işləyir.

Bir müddət öncə E.Yaqubovun apteklərində vaxtı keçən dərman preparatlarının satıldığı üzə çıxmışdı.

2015-ci ildə Səhiyyə Nazirliyinin qanun pozuntularına yol verdiklərinə görə cəzalandırdığı klinikalar siyahısında “Bioloji Təbabət” MMC da var idi.

Habelə, İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “İdeal Tibb Şirkəti” MMC və “Diaqnoz Tibb Şirkəti” MMC şirkətləri var idi.

Bir neçə il əvvəl musavat.com yazmışdı ki, E.Yaqubovun apteklərində MTN əməliyyat keçirib. Bundan əlavə, onun narkotikə görə tutulduğu iddiasını da yazmışdılar.

Onun arxasında deputat Ülvi Quliyev və Eldar Quliyevin dayandığı barədə məlumatlar yer almışdı.

İndisə klinikanın Göyçay filialına rəhbərlik edən, rayonun baş həkimi olan E.Bilalov nazirliyin dövlət tərəfindən verdiyi avadanlıqları “Bioloji Təbabət”ə daşıyıb.

Nəticədə rayon xəstəxanasında xəstələrin müalicəsi üçün şərait və keyfiyyət aşağı düşüb, faciəvi ölümə səbəb olub.

Hər halda faktla bağlı istintaq hərəkətləri olacaq və nazirlik də məsələyə münasibət bildirəcək.

Mövzu ilə bağlı Göyçay Mərkəzi Rayon Xəstəxanası ilə əlaqə yaratsaq da, suallarımız cavabsız qaldı. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.шаблоны для dle 11.2



5913 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

18-12-2018
14-12-2018
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
{sape_links}{sape_article}