Mobil versiya
Könül Kərimova qızını məcburi evləndirib? - Müğənnidən AÇIQLAMA
Tarix: 08-02-2018 | Saat: 13:55
Bölmə:Karusel / Aia TV | çapa göndər

Könül Kərimova qızını məcburi evləndirib? - Müğənnidən AÇIQLAMA




"ARB Ulduz"un "Virtual Həyat" verlişinin növbəti qonağı müğənni Könül Kərimova olub.

Müğənni qızınının məcburi evləndirdiyi ilə bağlı yayılan şayiələrə açıqlama gətirib:

"İndi başqa dövrdür axı. Mən qızımı necə məcbur evləndirə bilərəm ki?! Yaxınlarım deyirdi ki, bu evliliyə razılıq vermə! Ona görə deyirdilər ki, qız rayona gedəcək, bu mühitdən çıxıb o mühitə necə öyrəşəcək? Müəyyən çətinliklər vardı.

Mən yaxşı mənada çarəsiz qaldım. Onlar bir-birlərini sevməyə başladılar. Real bir şey etiraf edəcəm. Çünki bunu bütün rayon, qohum-əqraba bilir. Bu evliliyə ilk mənim istəyim olub. Əvvəlcədən kürəkənim qızımı, qızım da kürəkənimi görməmişdi".

Sənətçi kürəkəninin xarakterindən də danışıb:

"Öz məclislərində elə yaxşı gülərüz idi ki. Bu, onun xarakterindən irəli gəlir. Hətta bir dəfə nişanda zarafat da etdim. Gedib yanına dedim ki, ay Orxan, bir az üzün gülsün də. Elə bilərlər ki, qızı sənə məcbur vermişəm. Gülür, gülür, sonra görürəm yenə sakit dayanır. Tanısaz, həyatda tamam başqa bir insandır".

Könül Kərimova ilə olan geniş reportajı bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024