Mobil versiya
Nazirlikdən “GetContact”dan istifadə edənlərə ciddi xəbərdarlıq
Tarix: 05-02-2018 | Saat: 17:23
Bölmə:Karusel / Şou-biznes | çapa göndər

Nazirlikdən “GetContact”dan istifadə edənlərə ciddi xəbərdarlıq




Son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri istifadə etdiyimiz mobil nömrələrin digər telefonlarda hansı adla qeyd olunmasıdır. Bunu öyrənmək üçün "Play store”dan asanlıqla yüklənən "GetContact” proqramından istifadə olunur.

Nəticədə bəzən xoşagəlməz qeydlər ortaya çıxır. Bu isə psixoloji narahatlığa səbəb olur. Əksər sosial şəbəkə istifadəçiləri proqramın qadağan edilməsini təklif edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən mövzu ilə bağlı cavab olaraq bildirilib ki, "GetContact” adlanan mobil tətbiqetmə telefona yükləndikdən sonra "Telefon nömrəsi” və "Facebook” hesabı ilə proqramda qeydiyyatdan keçmək tələb olunur.

"Qeydiyyatdan sonra "GetContact” istifadəçinin kontaktlarına və mesajlarına daxil olmaq üçün icazə istəyir. Giriş icazəsinin verilməsi istifadəçinin kontaktında olan nömrələrin müəyyən bazalarda saxlanılması və üçüncü tərəfə ötürülməsi deməkdir. Bu da gələcəkdə mobil nömrəyə spam mesajların, arzuolunmaz zərərli kontentin daxil olmasına, şəxsi məlumatlarınızın bədəməllərin əlinə keçməsinə gətirib çıxara bilər. İstifadəçi tətbiqetmədə qeydiyyatdan keçməsə belə, onu telefonuna yükləyən şəxslərin kontaktında olan bütün nömrələr bazaya ötürülür. Bu həm də digər abunəçinin də hüquqlarının pozulmasına yol açır”.

Nazirliyin Elektron Təhlükəsizlik Xidməti bəyan edib ki, tətbiqetmənin quraşdırıldığı telefonlarda proqramın Tənzimləmələr (Settings) bölməsindən istifadəçiyə aid müvafiq hesabı silmək (remove account) mümkündür: "Daha sonra mobil nömrənin "GetContact” bazasından silinməsi üçün istifadəçi https://www.getcontact.com/en/unlist vebsaytında nömrəni "Unlist” bölməsində yazaraq siyahıdan çıxara bilər”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024