Mobil versiya
Yol polisi sürücülərə xəbərdarlıq etdi - Dumana görə
Tarix: 05-02-2018 | Saat: 10:42
Bölmə:Karusel / Ölkə | çapa göndər

Yol polisi sürücülərə xəbərdarlıq etdi - Dumana görə




Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi paytaxtda müşahidə olunan dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, hazırda paytaxtın bütün ərazilərində qatı duman müşahidə olunur: "Yollarda məsafə görünmür. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi xüsusilə yüksəklik olan ərazilərdə və yaxud görüntü zəif olan yollarda mütləq duman işıqlarından istifadə etməyi və minimum sürət həddi seçməyi, avtomobillər arasında ara məsafəsini normadan artıq saxlamağı tövsiyyə edir. Sürücülərdən xahiş edirik ki, bu cür hava şəraitində daha diqqətli olsunlar".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024