Mobil versiya
DYP aydınlıq gətirdi: "Ayıq sürücüdən özləri imtina edirlər"
Tarix: 02-02-2018 | Saat: 15:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

DYP aydınlıq gətirdi: "Ayıq sürücüdən özləri imtina edirlər"



Bir sıra saytlarda Bakıda bəzi ayıq sürücü xidməti göstərən şirkətlərin Dövlət Yol Polisi əməkdaşları ilə əlbir olub, müştərilərə qarşı hiylə işlətdiklərinə dair xəbərlər yayılıb.

İddia olunur ki, şirkətdən sifariş edilən sürücülər sərxoş vətəndaşları hansı ünvana aparacaqları barədə yol polisi əməkdaşlarına məlumat verirlər. Bunun ardından polis ayıq sürücü ilə avtomobil sahibini ünvan başına yaxın əraziyə qədər izləyir. Daha sonra isə şirkət əməkdaşı müştəriyə, parkinqi özünüz edin, yaxud "tələsirəm" deyərək ərazidən uzaqlaşır. Sərxoş avtomobil sahibi sükan arxasına keçib avtomobilini parkinq etdiyi və ya bir neçə metr irəliyə getmək istədiyi zaman polis əməkdaşları ona yaxınlaşırlar. Beləcə, cərimə tətbiq edilir.

Məsələ ilə bağlı hər iki tərəfin mövqeyini öyrənməyə çalışdıq. Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi Vaqif Əsədov Publika.az-a açıqlamasında, DYP əməkdaşları haqqında irəli sürülən iddiaları rədd edib:

"Bu birbaşa Dövlət Yol Polisi əməkdaşlarına və onların işinə kölgə salmaq məqsədi güdür. Belə hal yolverilməzdir. DYP əməkdaşlarının belə bir addım atdığına dair kimin əlində əsaslı fakt varsa, mən şəxsən xahiş edirəm ki, onu bizə gətirsinlər və məsələyə aydınlıq gətirək. Necə olur ki, hər zaman belə hallar məhz spirtli içkilərin təsiri altında olan şəxslər tərəfindən iddia olunur? Buna səbəb nədir? Burda bir məqam var ki, o xidmətin əməkdaşları da sürücüyə tabedirlər. Nə etsinlər? By hadisələr əslində mən sizə deyim necə olur. Sərxoş vətəndaş ayıq sürücü sifariş edir. Sürücü gəlir müştərinin qeyd etdiyi ünvana və onu lazımı məntəqəyə aparır. Ünvan başına az qalanda avtomobil sahibi sürücüyə deyir ki, burdan ünvan başına qalan 3-5 km yolu özüm gedəcəm, sən get. Sürücü nə etməlidir? Müştərinin tələblərinə əməl edir və sükanı təhvil verir. Burda günah sərxoş vətəndaşdadır. 20-30 km yolu ayıq sürücü sürüb, 500 metr məsafəni israrla özləri sürmək istəyirlər. Niyə? Burada məqsəd, məram nədir? Onlar bununla qanun pozuntusuna yol verərək həm öz həyatlarını, həm də ətrafdakı insanların həyatını təhlükəyə atır. Ayıq sürücüdən istifadə edən vətəndaşlar bilməlidir ki, sərxoş halda sükan arxasına keçmək olmaz. Xidmət ünvan başına çatdıqdan sonra bitmiş hesab olunur".

Paytaxtda "Ayıq sürücü" xidməti göstərən şirkət nümayəndələri isə qeyd edirlər ki, bu iddiaların heç bir əsası yoxdur. Şirkət dispeçeri Orxan Əlizdə bildirdi ki, sürücülər müştəriləri ünvan başına çatdırmaqla işi tamamlayırlar. Lakin bəzən sifarişçi israrla ünvan başına çatmamış sürücünün düşməsini tələb edir:

"Əməkdaşlıq etdiyimiz sürücülər öz işlərində son dərəcə peşəkar insanlardır. Heç vaxt ola bilməz ki, bizim əməkdaşlarımız vətəndaşlara qarşı qeyri-qanuni işlərdə iştirak etsinlər. Böhtandan başqa bir şey deyil. Elə bir hal varsa, müştəri birbaşa sürücünün adı və əlaqə nömrəsi ilə bizə bildirsin. Tam əksinə, bizim sürücülərimiz hər dəfə məlumat verəndə deyir ki, müştərilər onlarala mübahisə edir ki, ünvan başına çatmamış saxlasınlar. Özləri sükan arxasına keçib davam etmək istəyirlər. Burada isə günah bizim əməkdaşlarda deyil, məhz sərxoş vətəndaşlardadır. Polislə əməkdaşlıq iddiaları isə gülməlidir. Şəhərin yüzlərlə küçə və prospektləri var. Hər birinə də ayrı yol polisi nəzarət edir. Nə bilmək olar ki, kim hara saat neçədə sərxoş gələcək? İnandırıcı deyil".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024