Mobil versiya
"Sarkisyanın dilini Azərbaycan əsgəri kəsəcək” - Aqil Abbas
Tarix: 01-02-2018 | Saat: 17:20
Bölmə:Karusel / Siyasət | çapa göndər

"Sarkisyanın dilini Azərbaycan əsgəri kəsəcək” - Aqil Abbas




"Beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini çox yaxşı bilir”.

aia.az xəbər verir ki, bunu"Sherg.az”a millət vəkili Aqil Abbas deyib.

O diqqətə çatdırıb ki, Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqeyə beynəlxalq təşkilatlar səssiz qalır:

"Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmaq istəyir. Zaman keçdikcə, hər şey Ermənistanın xeyrinə işləyir. Təbii ki, düşməndir, hər yerdə Azərbaycanın əleyhinə danışacaq. Bu. ermənilərin ilk addımı deyil. Bizim beynəlxalq təşkilatlardakı nümayəndə heyəti erməni rəsmilərinə layiqli cavab verərək, yerində oturtdu. S.Sarkisyanın ittihamlar yağdıran dilini Azərbaycan ordusunun əsgəri kəsəcək”.

Qeyd edək ki, yanvarın 24-də Ermənistan prezidenti Serj Sarkisyan Strasburqda, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında çıxış edib. Bundan sonra AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov onu beynəlxalq ictimaiyyəti aldatmaqda və hərbi cinayətlər törətməkdə ittiham edib. Səməd Seyidov, Sarkisyana Xocalı faciəsi haqqında etiraflarını xatırladıb və BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının azad edilməsi haqqında qətnamələrini yerinə yetirmədiyini deyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024