Mobil versiya
Polisdən ƏMƏLİYYAT: Qanunsuz silahlar müsadirə olundu
Tarix: 29-01-2018 | Saat: 10:50
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Polisdən ƏMƏLİYYAT: Qanunsuz silahlar müsadirə olundu


Yanvarın 27-28-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində keçirilən tədbirlər nəticəsində xeyli silah-sursat aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan Süleyman Seleymanovun evinin yaxınlığında basdırdığı nömrəsi silinmiş "AK-74” markalı silah, 1 ədəd patron darağı və 15 ədəd patron aşkar edilərək götürülüb.

Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şirzad Sadıqovdan nömrəsi silinmiş "Makarov” markalı tapança, 1 patron darağı və 2 ədəd patron götürülüb.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yaxa-beşdəli kənd sakini Xanmusa Məcidovdan müvafiq sənədləri olmayan "Tula-X” markalı ov tüfəngi götürülüb.

Faktlar üzrə cinayət işləri başlanılıb.

Həmin işlər üzrə saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024